Milli Depozit Mərkəzi mənfəətə keçib
Milli Depozit Mərkəzi 2024-cü ili 628 min manat xalis mənfəət ilə başa vururb. Halbuki, Mərkəz 2023-cü ili 410 min manat xalis zərər ilə bağlamışdı. Xalis zərər 1 milyon 423 min manatlıq xalis digər xərclər ilə bağlı olmuşdu.
BusinessTime Milli Depozit Mərkəzinin 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Müstəqil Auditorun Hesabatına istinadən xəbər verir ki, Mərkəzin əməliyyat gəlirləri 2023-cü ildə 4 milyon 759 min manat ikən, 2024-cü ildə 5 milyon 189 min manata yüksəlib. Əməliyyat xərcləri isə 1 milyon 414 min manat və ya 39% artaraq 5 milyon 30 min manata yüksəlib.
Nəticədə qurumun əməliyyat mənfəəti 7 dəfədən çox azalaraq 158 min manata düşüb (2023-cü ildə 1 milyon 143 min manat).
Milli Depozit Mərkəzi 2024-cü ildə 625 min manatlıq digər gəlirləri və 167 min manatlıq maliyyə gəlirləri hesabına xalis mənfəətə keçib.


