“Muğanbank”ın keçmiş vəzifəli şəxsi yenidən məhkəmə qarşısında

“Muğanbank”ın keçmiş vəzifəli şəxsi yenidən

Lisenziyası ləğv edilmiş “Muğanbank”ın vəzifəli şəxsi İdris Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 19-na təyin edilib.

Şikayət hakim Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədovun törətdiyi əməllərlə bağlı cinayət məsuliyyətinə cəlbetmə vaxtı keçdiyinə görə ona mənimsəmə faktları üzrə cəza təyin edilməyib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. 13 ay həbsdə saxlanılan bankir məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd: “Muğanbank”ın “Paytaxt” və “Universal” filiallarının müdiri, eləcə də bir sıra digər yüksək vəzifələr tutmuş İ.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2, 308 və 313-cü (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, İ.Məmmədov 2007-2023-cü illərdə bankda yüksək vəzifələrdə çalışıb. Ötən ilin iyun ayında o işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Məlum olub ki, İdris Məmmədov sənədlərin saxtalaşdırılması və digər yollarla banka məxsus yüzminlərlə pul vəsaitini mənimsəyərək ələ keçirib.

O, 4 iyul 2023-cü il tarixdə həbs edilib. (Pravda.az)