"Music Gallery"nin saytında və mağazasında qiymət fərqi üzə çıxıb
"Music Gallery"nin saytında və mağazasında təqdim etdiyi qiymət arasında fərqin olduğu üzə çıxıb.
Əjdər Əsədov adlı müştəri “Music Gallery” mağazasının 28 May filialından telefon alarkən saytında göstərilən qiymətlə real satış qiyməti arasında fərq olduğunu görüb.
Şikayətçi iddia edir ki, oğlu "Samsung S24" modelini 1549 AZN-ə 18 aylıq kreditlə, ayda 115.39 AZN ödəməklə alıb. Lakin əvvəlcədən ödənilmiş 96 AZN ilkin ödəniş demək olar ki, nəzərə alınmayıb.
Müştəri qeyd edir ki, qiymət artımına cavab olaraq mağazadan əlavə zəmanət haqqı yazıldığı bildirilib. Həmin zəmanətlə bağlı isə əvvəlcədən xəbərdarlıq edilməyib.///Yurd.Media

