Dünya birjalarında xam neftin qiyməti geriləyib

Dünya birjalarında xam neftin qiyməti geriləyib

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 bareli 79,31 ABŞ dollarına təklif edilib.

BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,23 ABŞ dolları yaxud 0,29 % ucuzlaşma deməkdir.

Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Şərqi Texas) markalı xam neftin bir barelinin qiyməti 75,66 ABŞ dolları olub.

Bu da əvvəlki günlə müqayisədə 1,12 dollar/barel yaxud 1,46 % azdır.

Yazar