Naxçıvana daha bir avtobus reysi əlavə olunub
![Naxçıvana daha bir avtobus reysi əlavə olunub](https://azertag.az/files/2023/3/1200x630/16990220035640743626_1200x630.jpg)
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun hərəkət qrafikində saat 19:00-a daha bir reys əlavə olunub.
AYNA-dan verilən məlumata görə, bununla da reyslərin sayı 4-ə çatdırılıb.
Hazırda sərnişinlər biletim.az portalı üzərindən saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə bilet əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan-İran Birgə Qarışıq Komissiyasının Bakıda keçirilən iclasında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayının artırılması barədə razılıq əldə olunub. İlkin mərhələdə marşrutun hərəkət qrafikinə 1 reys əlavə edilib. Növbəti mərhələdə reyslərin sayının 6-ya qədər artırılması planlaşdırılır.