Naxçıvanda investisiya qoyuluşu 30%-dən çox artdı
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 156,7 milyon manat vəsait yönəldilib.
Bu barədə Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,9 % çoxdur.
Ötən 7 ayda investisiya qoyuluşunun 48,9 %-i məhsul istehsalı sahələrinə, 12,8 %-i xidmət sahələrinə, 38,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 127,5 milyon manatı və yaxud 81,4 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 43 % çoxdur.
Xatırladaq ki, 7 ay ərzində Azərbaycanda əsas kapitala 11 milyard 111,9 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 % çoxdur. O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 33,6 % artaraq 3 milyard 708,6 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,9 % artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.


