Naxçıvanda orta illik inflyasiya 9,3% olub

Naxçıvanda orta illik inflyasiya 9,3% olub

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% artıb.

BusinessTime bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin yanvar - mart aylarında Naxçıvan Muxtar Respublikasında istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrünə nisbətən 9,5% təşkil etmişdi.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb.

Bu ilin yanvar - mart aylarında ölkədə istehlak qiymətləri indeksi isə 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,7% təşkil etmişdi.