Naxçıvanın turizm atlası hazırlanacaq
Naxçıvan Muxtar Respublikasında (NMR) müxtəlif turizm növlərinin inkişaf etdirilməsi və turizm atlasının hazırlanması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, turizm növlərinin inkişafına dair layihələrin hazırlanması yerli Nazirlər Kabinetinə tapşırılıb. Əlavə olaraq, Dövlət Turizm Agentliyi (DTA) proseslərə cəlb ediləcək.