Nazirə yeni müşavir təyin edildi

Nazirə yeni müşavir təyin edildi

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.

Bu vəzifəyə Vüqar Mirzəzadə gətirilib.

Nazirlikdən saytımıza məlumatı təsdiqləyiblər. Onun artıq işə başladığı bildirlib.

Qeyd edək ki, V.Mirzəzadə bu təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.