İnnovativ ödəniş ekosisteminin formalaşdırılması müzakirə olunub
Mərkəzi Bankın sədri Taleh Kazımov “Azərbaycan Fintex Assosiasiyası”nın nümayəndələri ilə görüşüb.
Görüşdə qlobal iqtisadi meyillər, xüsusilə inflyasiya prosesləri, ölkədaxili makroiqtisadi vəziyyət və monetar şərait, habelə tədiyə balansı, valyuta bazarında gedən proseslərə dair təqdimat keçirilib.
Eyni zamanda, ötən il üzrə fintex ekosistemində təmsil olunan təşkilatların fəaliyyətinin nəticələri, innovativ ödəniş ekosisteminin formalaşdırılması və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.