Neftçalada anım mərasimləri keçirilir

Neftçalada anım mərasimləri keçirilir

Neftçala rayonunda lokal antiteror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların  il mərasimləri keçirilir və məzarları ziyarət olunur.
 
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Neftçala şəhərində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Sərxan Rabil oğlunun, Xankişiyev Elşən Elşad oğlunun və Xol Qarabucaq kəndində anadan olan Səmədov Camal Vüqar oğlunun il mərasimləri keçirilib, məzarları ziyarət olunub.
 
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Sərdar Səfərov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhidin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.
 
İlk öncə şəhidlərimiz ailə üzvlərinə baş çəkilib, qayğıları ilə maraqlanılıb, onlar üçün təşkil olunan ehsan süfrəsində iştirak edilib, şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub və məzarlarına gül dəstələri düzülüb.
 
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.