Şəhid ailələrinin iştirakı ilə bayram tədbiri keçirilib

Şəhid ailələrinin iştirakı ilə bayram tədbiri keçirilib
Şəhid ailələrinin iştirakı ilə bayram tədbiri keçirilib
Şəhid ailələrinin iştirakı ilə bayram tədbiri keçirilib

Neftçala RİH təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü şəhid ailələri ilə birlikdə qeyd olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.

İlk öncə Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəman şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, şəhid Maarif Əliyevin anası Sevda Əliyeva, şəhid Mirmöhsüm Əhmədovun anası Arzu Əliyeva çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyeva öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Neftçala RİH başçısı Mirhəsən Seyidov çıxış edərək tədbirdə çıxış edən qadınları və onların simasında Neftçala rayonunun bütün qadınlarını təbrik edib, onlara xoşbəxtlik və səadət arzulayıb. Qadınlarımızın hər zaman bütün müəssisə və təşkilatlarda işləməsi, karyeralarını qurmaları üçün hər zaman Prezident İlham Əliyev və Birinci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən uğurlu siyasi addımların atılmasından, şəhid ailələrinə, müharibə iştirakçılarına hər zaman diqqət, qayğı olunmasından danışıb. Bu bayram həmçinin torpaqlarımızın müdafiəsi zamanı şəhid olan qadınlarımızın, bütün şəhid analarımızın, onların xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir, çünki onun vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına 44 gündə son qoyub və torpaqlarımız düşmən işğalından azad olunub.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evi kollektivinin hazırladığı kompozisiyalar ilə davam edib.