Orxan Məmmədov Naxçıvana səfər edib

Orxan Məmmədov Naxçıvana səfər edib

Naxçıvan Muxtar Respublikasında yerləşən polietilen tərkibli məhsulların istehsalı müəssisəsində sahibkarla istehsalın genişləndirilməsinə və ixrac imkanlarına dair fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikasında səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov polietilen tərkibli məhsulların istehsalı müəssisəsində olub, sahibkarla istehsalın genişləndirilməsinə və ixrac imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "NAXPLAST" MMC-yə məxsus müəssisə 2021-ci ildən fəaliyyət göstərir. Burada 20-dən çox işçi çalışır. Müəssisədə əsasən polietilen tərkibli məhsullar istehsal edilir.