Neftçalada Heydər Əliyev Mərkəzinin yubileyi qeyd olunub

Neftçalada Heydər Əliyev Mərkəzinin yubileyi qeyd olunub

Neftçala rayonunda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Neftçala Heydər Əliyev Mərkəzinin yaranmasının 10-cu ili qeyd olunub.
 
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb və Ulu Öndərin əziz xatirəsini yad ediblər.
 
Yubiley tədbirində Nefçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
 
Tədbir iştirakçıları tərəfindən ilk öncə Mərkəzdə təşkil edilən  sərgiyə baxış keçirildikdən sonra yubiley tədbiri davam etdirilib.
 
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və  Dövlət Himni səsləndirilib.
 
Tədbirdə Heydər Əliyev Mərkəzinin fəaliyyəti, ötən illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər, uğurlar və Mərkəzin fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verilib və Neftçala Heydər Əliyev Mərkəzinin 10 illik fəaliyyətini özündə əks etdirən video sujet izlənilib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək  regionlarda, o, cümlədən Neftçala rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin böyüməkdə olan gənc nəslə vətənpərvərlik və dövlətçilik sevgisini aşılamaq  kimi vacib  missiyanı həyata keçirtdiyini diqqətə çatdırıb. Neftçala Heydər Əliyev Mərkəzi 10 il öncə, 28 may 2014-cü il tarixində  Ölkə Başçısı cənab İlham Əliyevin rayonumuza etdiyi səfəri zamanı onun xeyir duası ilə fəaliyyətə başlamasını,  20 illik yubeliyi qeyd olunan Heydər Əliyev Fondunun ölkəmizdə, eləcə də dünya miqyasında ölçüyəgəlməz xidmətləri haqqında geniş məlumat verib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndər irsinin geniş təbliği ilə yanaşı, Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəni irsinin qorunub saxlanılması və dünyada tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barəsində tədbir iştirakçılarını məlumatlandırıb. 
 
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Neftçala rayon Təşkilatının sədri Ülvi Fərzəliyev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva Neftçala Heydər Əliyev Mərkəzinin yaranmasının 10-cu yubiley ili münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, araşdırılması və gələcək nəslə ötürülməsində Heydər Əliyev Mərkəzlərinin fəaliyyətinin müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.
 
Tədbirin sonunda Şirvan-Salyan regional Mədəniyyət İdarəsinin Neftçala rayon nümayəndəliyinin əməkdaşlarının ifa etdikləri müsiqi nömrələri və Salyan Dövlət Kukla Teatrının “Sülh naminə birləşək” adlı tamaşası izlənilib, Heydər Əliyev Mərkəzi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak etmiş şəxslərə təşəkkürnamələr təqdim olunub.