Nərmin Daşdəmirbəyli yeni vəzifəyə təyin edilib

Nərmin Daşdəmirbəyli yeni vəzifəyə təyin edilib

İctimai fəal, Sosial Məsələlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli yeni vəzifəyə təyin edilib.

Bu barədə Nərmin Daşdəmirbəyli özü məlumat verib.

"Bu gündən etibarən illər öncə ilk könüllü olaraq başladığım, mənim üçün olduqca doğma olan “Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi” bu dəfə “Layihə Rəhbəri” olaraq fəaliyyətimə davam edəcəm! Bu yeni mərhələ mənim üçün olduqca məsuliyyətli və qürurvericidir", deyə Nərmin Daşdəmirbəyli qeyd edib.