“New Zeon Digital Fest” tədbiri keçirilib

“New Zeon Digital Fest” tədbiri keçirilib

Bakıda “Sabah.Hub” İnnovasiya Mərkəzinin dəstəyi ilə “New Zeon Digital Fest” tədbiri keçirilib. Festivalda rəqəmsal texnologiya sahəsində aparıcı ekspertlər və peşəkar mütəxəssislər iştirak ediblər.

Türkiyə, Rusiya, Ukrayna və Böyük Britaniyadan olan mütəxəssislər və natiqlər tədbirdə məruzəçi qismində çıxış ediblər.

Festival iştirakçılarına seminar çərçivəsində VR-oyunları oynamaq, robototexnika trendinə uyğunlaşmaq və öz potensialını üzə çıxarmağa imkan yaradan yaradıcılıq seksiyaları təklif edilib. Bundan əlavə, DevOPS “PİK” Şirkətlər Qrupunun “Antixrupkiy kod” şöbəsinin rəhbəri, iqtisad elmləri namizədi Aleksandr Klimenko tədbir iştirakçılarını “OpenSCAD-da kod modelləşdirilməsi” və “Modellərin 3d-çapa hazırlanması” mövzuları ilə tanış edib, “DiVi Corporation” şirkətinin nümayəndələri isə həm uşaqlar, həm də böyüklər üçün 3D-çapının imkanları və perspektivləri barədə söz açıblar.