"PAŞA Bank"ın KOB-larla bağlı göstəriciləri kəskin artıb

"PAŞA Bank"ın KOB-larla bağlı göstəriciləri kəskin artıb

2021-2023-cü illər dövründə “PAŞA Bank” ASC tərəfindən Kiçik və Orta Biznesə (KOB) rəqəmsal modellər vasitəsilə 298 milyon manat biznes krediti, Rəqəmsal Faktorinq Platforması vasitəsilə 13,8 milyon manat kredit verilib.

BusinessTime xəbər verir ki, bunu 2023-cü ilin yekunlarına hər olumuş mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.

Sədr qeyd edib ki, qeyd olunan dövrdə “PAŞA Bank”ın cəmi kredit portfeli 46,5%, KOB kredit portfeli isə 102,2% artıb.

3 illik dövrdə Bank 50,8 milyon ABŞ dolları məbləğində sbordinasiya borcları cəlb edib.