Onların gözlərində gördüyüm ümid məni düşündürdü...

Onların gözlərində gördüyüm ümid məni düşündürdü...

Ombudsman Səbinə Əliyeva öz sosial şəbəkə hesabında maraqlı paylaşım edib

BusinessTime paylaşını təqdim edir:

"Bu gün uşaqların sığındığı bir məkanda oldum. Onların gözlərində ümid, sevgiyə ehtiyac və gələcəyə inam gördüm.

Sığınacaqlar vacibdir, uşaq evləri lazımdır, qayğı mərkəzləri əhəmiyyətlidir. Amma dünyanın ən yaxşı sığınacağı belə valideyn ocağının istiliyini, ailə sevgisini və doğmalıq hissini əvəz edə bilmir.

Hər bir uşağın ailədə böyümək, sevgi ilə əhatə olunmaq, dinlənilmək və dəyər görmək hüququ var. Cəmiyyət olaraq uşaqlara münasibətdə daha həssas olmalı, onların həyatında yarımçıq qalan heç bir sevgi, diqqət və qayğının olmaması üçün birlikdə çalışmalıyıq.

Çünki bu gün qoruduğumuz hər bir uşaq sabahın vətəndaşı, qurduğumuz hər bir sağlam uşaq taleyi isə gələcəyimizin ən möhkəm təməlidir".