Ordubadda Mərasim Mərkəzi istifadəyə verilib

Ordubadda Mərasim Mərkəzi istifadəyə verilib

SƏFAlı bir kənddə - rayonda SƏFA nümunəsi
 
Çalış insanların işinə yara, Geysin əməlinlə dünya zər-xara.”
 
Budur, atılan unikal addımın mahiyyəti və nəticəsi!
 
Bu gün Ordubadımızın, xüsusilə adını nadir və qiymətli daşdan götürən Biləv kəndinin həyatında olduqca əlamətdar tarixi hadisə baş tutdu.
 
Burada, yaradılan yeni infrastrukturun - Mərasim Mərkəzinin açılışı olub.
 
Memarlıq görünüşü ilə göz oxşayan, bu məkana müasir görkəm verən Mərkəz kəndin simasını dəyişməklə yanaşı, burada yaşayan zəhmətkeş və qədirbilən insanların rahatlığı və rifahı üçün böyük töhfədir.
 
SƏFAlı bir dağ kəndində belə bir xeyirxahlıq əməli - fəaliyyəti əslində özü-özlüyündə təşviqatdır.
Müqəddəs torpaqda hələ dəyərli qardaşımız, dostumuz Səfa müəllimin lokomativliyi ilə bir çox xeyriyyə işlərinin şahidi olacağıq.
 
Nəsillər arasında xeyirxahlığa çağırışdır. Vətənə və millətə xidmətdir.
 
Ən əsası, kəndə-kəsəyə bağlılıq, öz soy-kökünə hörmət və ehtiramdır.
 
Təbii ki, xeyriyyəçilik irsdən, gendən, imandan gələn hisdir, duyğudur, intizamdır.
 
Bu xeyirxahlıq əsəri, abidəsi bir nümunə, miras olaraq bugünkü və gələcək nəsillərə ən gözəl nümunədir.
 
İnanırıq ki, bu örnək işlər ənənə halını alacaqdır.
 
Elimizdə ocaqların sönməməsinə, kortəbii köclərin baş verməməsinə vəsilə olacaqdır!
 
Bir sözlə, hər birimizin amalı, məqsədi  və məramı yaxşı əməllər görmək - ad-san qoymaq olmalıdır.
 
Qeyd edək ki, “Mərasimlər Mərkəzi” 2 mərtəbədən ibarət, kişi və qadın zallarına bölünür.
 
İş adamı, xeyriyyəçi Səfa Əhmədov Biləv kəndi üçün Bakı şəhərində də müvafiq işləri görüb. Biləvlilər Məzarlığı salıbdır.