Şəhid analarına həsr olunmuş film göstəriləcək

Şəhid analarına həsr olunmuş film göstəriləcək

Yanvarın 18-də “Park Cinema” kinoteatrlar şəbəkəsində Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun1944-cü ildə qələmə aldığı eyniadlı əsərin motivləri əsasında lentə alınan və şəhid analarına həsr olunmuş “Ana” filmi göstəriləcək.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətindən bildiriblər ki, filmin nümayişindən əldə olunacaq bütün vəsait “YAŞAT” Fonduna köçürüləcək.

Layihənin müəllifi Toğrul Abdullayev, rejissoru Vüsal Məmmədovdur. Filmdə Əməkdar artistlər Gülər Nəbiyeva və Firəngiz Babayeva, aktyorlar İlqar Musayev, Səyyad Məmmədov çəkiliblər.

“YAŞAT” – şəhid ailələrinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanmış şəxslərin dəstəklənməsi fondudur. Bu təsisatın yaradılmasında əsas məqsəd vətəndaş cəmiyyətinin təşəbbüsləri çərçivəsində dövlət tərəfindən şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı zərər çəkmiş qazilərin sosial müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsidir.