İş axtaranların NƏZƏRİNƏ!

İş axtaranların NƏZƏRİNƏ!

Supertoys MMC vakansiyalar edib.

Mağaza Adminstratoru

Vəzifə öhdəlikləri:
•Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
•Mağazaya təyin edilən hədəfə çatmaq;
•Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
•Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
•Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
•Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
•Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;

Namizədə Tələblər:
•Dil bilikləri: Rus dili-əla;
•Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
•İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
•Analitik düşüncə qabiliyyəti;
•Retail sektorda  mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1 il iş təcrübəsi mütləqdir;
•Satış texnikası, idarəçilik qabiliyyəti;
•  25-45 yaş arası xanımlar;

Şirkət təklif edir:
İş rejimi :  Həftədə 6 gün (növbəli)
Əmək haqqı : 800-1000 Azn
Rəsmi qeydiyyat
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz cv-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.

XXX

İnsan resursları üzrə direktor
Vəzifə öhdəlikləri:
•İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işi təşkil edir.
•Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunmasını həyata keçirir.
•Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsini təmin edir.
•Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil edir.
•İşə qəbul prosesində vakansiya və müsahibələri izləyır.
•Öyrənmə ehtiyaclarının öyrənilməsi və təlim matrisini hazırlayır.
•Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktroun əmrlərinə müvafiq olaraq işçilərin qəbulunu və köçürülməsinə işdən azad edilməsini vaxtında həyata keçirilməsinə nəzarət edir.
Namizədə tələblər:
•Ali təhsil
•İR sahəsində ən azı 3 il, müvafiq vəzifədə azı 2 il iş təcrübəsi
•İR prosedurları, təlim inkişaf və ƏM bağlı biliklər
•İşə qəbul sahəsində iş təcrübəsi
İş qrafiki: I-V günlər 09:00-17:30
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: 1500-2000azn
İş yeri: Sədərək TM-də yerləşir
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “HR Direktor” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

XXX

“Brend Menecer” vakansiyası 

Vakansiya üzrə Vəzifə öhdəlikləri:
•Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq
•Markanın inkişaf etdirilməsi üzrə strategiyanı hazırlamaq
•Yeni məhsulları və ticarət nişanlarını bazara çıxarmaq
•Markalar və məhsullar üzrə sıfırdan büdcənin tərtib olunması, gözlənilən mənfəətlilik və rentabelliyi izləmək
•Portfelin qiymət siyasətini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
•Müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
•İstehsalçılar və podratçılar ilə işin koordinasiyası
•Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirmək
•Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini vermək
•Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparmaq
•Verilmiş tapşırıqların operativ və dəqiq yerinə yetirilmək
Namizəd üçün tələblər:
•Ali təhsil (Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
•Müvafiq sahədə ən az 3-5 illik iş təcrübəsi
•Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı
•Böyük həcmli məlumatlarla işləmək bacarığı
•Detallara diqqət, pozitiv, yaradıcı, proaktiv, ünsiyyətcil, intizamlı, məsuliyyətli, nəticə üçün işləmək bacarığı
•Çox tapşırıq rejimində işləmək bacarığı
•Xarici dil bilikləri: Rus dili – səlis, İngilis dili- səlis
•Mükəmməl ünsiyyət və təqdimat bacarığı
•İşgüzar yazışmalar və şifahi danışıqlar aparmaq bacarığı
•Ofis proqramlarını sərbəst bilmək
Şirkət təklif edir:
•İş rejimi: Həftə içi 6 gün
•İş yeri: Sədərək TM
•Əmək haqqı: 1500 AZN
•Əmək məcəlləsinə uyğun sənədləşmə
Komandamızda olmaq istəyən, maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Brend menecer“ qeyd etməklə [email protected] ünvanına göndərə bilər

XXX

Baş Mühasib

İş barədə məlumat

-İşə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
- Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi       sənədlərin doldurulmasına və hərəkətinə nəzarət etmək
-Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək
-Mağazalarda sayımlara, kassalara nəzarət etmək və üzləşmələrin aparılması
-İnternet banking, internet vergi idarəsi ilə işləmək

- İş yeri Sədərək Ticarət Mərkəzinin çıxışında ofisdə yerləşir.
- Əmək haqqı – 1500-2000 AZN

Namizədə tələblər

- Müvafiq sahə üzrə ali təhsil
- İş təcrübəsi müvafiq sahə üzrə minimum 3 il
- Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini bilmək arzuolunandır
- Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
- Operativ işləmək bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Maraqlanan namizədlər öz CV-lərini vakansiya adını başlığa qeyd etməklə  [email protected]  elektron ünvanına göndərə bilərlər.