Ordubadda növbəti səyyar qəbul - FOTOLAR

Ordubadda növbəti səyyar qəbul
Yerlərdə vətəndaş müraciətlərinin dinlənilməsi, mövcud çətinliklərin yerində araşdırılması və operativ həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Aza və Darkənd sakinləri ilə növbəti səyyar qəbulunu keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, həmçinin Aza və Darkənd sakinləri ilə yanaşı Azadkənd sakinləri də iştirak ediblər.
 
Görüşdə çıxış edən Rəcəb Rəhimli, “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, proqram əsasında rayonda və  kəndlərdə yol infrastrukturunun qurulması, məşğulluq imkanlarının artırılması, içməli və suvarma su sistemlərinin yaxşılaşdırılması, turizmin inkişafı, kənd təsərrüfatının intensivliyinin artırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində mühüm addımlar atılır.
 
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın icrası diqqət mərkəzindədir. Bu çərçivədə, Ordubad rayonunda həm içməli, həm də suvarma suyu təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Ordubad şəhəri ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradıldığını diqqətə çatdıran icra başçısı, rayon ərazisindəki “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun, Ordubad şəhərinin isə ICESCO-nun İlkin Siyahısına daxil edilməsinin, eyni zamanda ölkəmizdə elan olunmuş 2026-cı il — "Şəhərsalma və Memarlıq İli"nə mühüm töhfə olduğunu vurğulayıb. Görüşdə, həmçinin Zəngəzur dəhlizinin açılmasının strateji və sosial-iqtisadi əhəmiyyətindən bəhs edilib.   
 
Qəbul zamanı kənd sakinləri tərəfindən məşğulluq imkanlarının artırılması, su kanallarının təmir-bərpası, elektrik təchizatının yenidən qurulması, özünəməşğulluq aktivlərinə cəlb olunma, kənddaxili su arxların təmizlənməsi, körpələr evi–uşaq bağçasına qeydiyyatın aparılması, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi və digər məsələlərlə bağlı müraciət və təkliflər səsləndirilib. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, araşdırma tələb edən digər müraciətlərin qanunvericilik çərçivəsində operativ şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
 
1
1
1
1
1
1
1
1
1
1
1