Ötən il sığorta haqqı 26 faiz artıb

Ötən il sığorta haqqı 26 faiz artıb

Ötən il Azərbaycandakı 18 sığorta şirkətinin xəttilə 1222,5 milyon manat sığorta haqqı yığılıb. Bu, 2022-ci ilə nisbətdə 25,9 faiz çoxdur.

BusinessTime.az Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə həyat sığortası 629,2 milyon manat, qeyri-həyat sığortası 593,3 milyon manat təşkil edib. Ötən il həyat sığortası və qeyri-həyat sığortası 26 faiz artıb.