Ən çox şikayət olunan sığorta şirkətləri açıqlandı - SİYAHI

Ən çox şikayət olunan sığorta şirkətləri açıqlandı

Azərbaycan Mərkəzi Bankı son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkətlərin siyahısını açıqlayıb.

Valyuta.az xəbər verir ki, siyahıda 1-ci yerdə ən çox şikayət olunan sığorta şirkəti 1,54 şikayət indeksi ilə "Atəşgah Sığorta" ASC olub. Siyahıda 2-ci yeri 1,45 şikayət indeksi ilə "AtaSığorta" ASC tutub. 

Rəsmi məlumata görə, sonuncu yerdə "Azərbaycan Sənaye Sığorta" ASC qərarlaşıb. Bu sığorta şirkətinin şikayət indeksi 0,35 olub. 

Avto-icbari sığorta üzrə şikayət indeksi üzrə cədvəl