Gənclərin ən yaxın dostu
Bu gün Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun doğum günüdür.
BusinessTime.az xatırladır ki, F. Cəfərov Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bakalavr və magistr dərəcəsi üzrə bitirib.
O, ardıcıl olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində attaşe, III katib və II katib, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) İcraiyyə Şurası bürosunda vitse-prezident, XİN-də II katib vəzifələrini tutub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart-2018-ci il 3783 № li sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilib.
Azərbaycanda gənclər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu qayğının nəticəsində də ölkəmizdə yüksək intellektli, vətənpərvər, bilik və bacarıqlı gənc nəsil formalaşıb. Hazırda Fərid Cəfərov rəhbərlik etdiyi Gənclər Fondu öz missiyasını layiqincə yerinə yetirir. Gənclərlə bağlı mütamadi layihələri icra edilir, Fond Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü gənclər siyasətini həyata keçirir. Ümumiyyətlə isə ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
Orxan Kərimov
BusinessTime.az

