"PAŞA Bank" "Fintech" layihələri ilə bağlı göstəriciləri açıqlayıb
“PAŞA Bank”ın “Azercell Telekom” şirkətilə əməkdaşlığı çərçivəsində buraxılan kartlar (akart rəqəmsal kartı) ilə aparılmış əməliyyatların həcmi 2023-cü ildə 500 milyondan çox olub.
BusinessTime xəbər verir ki, bu barədə “PAŞA Bank” ASC-nin 2023-cü ilin yekunlarına hər olumuş mətbuat konfransında bildirilib.
Qeyd edilib ki, “m10”un QR ödəniş metodunun “PAŞA Bank”ın POS terminallarına uğurlu inteqrasiyası nəticəsində 3,5 milyondan çox əməliyyat üzrə 81 milyon manatdan çox dövriyyə qeydə alınıb.
@Marja.az