"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" 2025-ci ili 638,443 milyon lirə (25,538 milyon manat) xalis mənfəətlə başa vurub.
BusinessTime Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 37,9 % çoxdur.
Ötən il "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 476,192 milyon lirə (19,048 milyon manat, əvvəlki ilə nisbətən 3,2 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 162,251 milyon lirə (6,49 milyon manat; əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə "PAŞA Yatırım Bankası"nın aktivləri 14 milyard 809,401 milyon lirə (592,376 milyon manat) olub ki, bu da illik müqayisədə 14,7 % çoxdur. Bunun 7 milyard 177,954 milyon lirəsi (287,118 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23,6 % böyüyüb.
Hesabat dövründə "PAŞA Yatırım Bankası"nın öhdəlikləri 11,5 % artaraq 12 milyard 419,175 milyon lirəyə (496,767 milyon manat), balans kapitalı isə 34,6 % artaraq 2 milyard 390,226 milyon lirəyə (95,609 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (20 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,21 %-i "PAŞA Bank"a, 0,04 %-i isə "Aksoy Holdinq"ə məxsusdur.
1 lirə = 0,04 manat
Report

