“PAŞA Holding” və digər yerli şirkətlər Braziliyanın Belém şəhərində keçirilən “COP30”da “Green Zone”da xüsusi stendlə təmsil olunaraq dayanıqlılığa və məsuliyyətli inkişafa verdiyi önəmi bir daha nümayiş etdirib.
Stenddə “PAŞA Holding” və “PAŞA Bank” təmsil olunub.
COP30 zamanı sözügedən şirkətlərin rəhbər heyəti müxtəlif sessiya və müsahibələrdə iştirak edib.“PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nin (KOBİA) təşkilatı ilə keçirilən “Baku Climate Coalition for SMEs’ Green Transition: Belém Status” adlı sessiyada çıxış edib. Sessiya kiçik və orta sahibkarlığın yaşıl enerjiya keçidinə dəstəklə bağlı müzakirələrə həsr olunub.
Bununla yanaşı, sözügedən şirkətlər Financial Times, CNBC kimi Braziliyada fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə müsahibədə iştirak ediblər. Belə ki, “PAŞA Holding”in Baş Strategiya İnzibatçısı Teymur Hüseynov “CNBC”yə müsahibəsində şirkətin strateji baxışı və genişlənmə strategiyası haqqında fikirləri ilə bölüşüb. Bundan əlavə,“PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev isə istifadə olunan maliyyə alətləri, eləcə də yaşıl enerjiya keçid dövründə kiçik və orta sahibkarlığa dəstək və bu sahədə gələcək planlar haqqında məlumatlarla bölüşüb.
Qeyd edək ki, “PAŞA Holding”in ötən il Bakıda keçirilən “COP29”da olduğu kimi, “COP30”da da iştirakı, qlobal müzakirələrdə aktiv şəkildə iştirak etmək, beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirmək, yeni öyrənmə imkanlarını dəyərləndirmək və qrupun dayanıqlılıq məsələlərinə həssas və məsuliyyətli yanaşdığını nümayiş etdirmək məqsədi daşıyıb.