Pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI

Pensiyaların ödəniləcəyi tarix

Azərbaycanda aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar aprelin 9-da, bölgələr üzrə isə aprelin 16-da ödəniləcək.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.