Pərviz Quliyev yeni vəzifəyə təyin edilib

Pərviz Quliyev yeni vəzifəyə təyin edilib

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Tədris Mərkəzinə yeni direktor təyin olunub.

Belə ki, bu vəzifəyə tanınmış sığorta eksperti Pərviz Quliyev təyin edilib.

Pərviz Quliyev bu barədə öz sosial media hesabında məlumat verib.

Qeyd edək ki, Pərviz Quliyev  uzun illər sığorta sektorunda çalışıb, bundan əvvəl isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Təlim Mərkəzinin direktoru olub, yeni vəzifəsində Aygün Mahmudovanı əvəz edib.