"P&G"Azərbaycanda yeni vəzifə təyinatları edib

"P&G"Azərbaycanda yeni vəzifə təyinatları edib

36 ilə yaxın Türkiyədə və 25 il Azərbaycanda fəaliyyət göstərən, istehlakçılara "Fairy", "Ariel", "Pampers", "Gillette", "Oral-B", "Head & Shoulders", "Pantene", "Safeguard", "Old Spice" və "Always" kimi 15-dən artıq gigiyena və təmizlik məhsulları brendi ilə xidmət göstərən "Procter & Gamble" ("P&G") şirkətində iki rəhbər vəzifəyə yeni təyinat olub.

"P&G"nin Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor olan Değer Kurtaslanoğlu yeni vəzifəyə - Türkiyə, Qafqaz və Orta Asiya Respublikaları üzrə Kommersiya Əməliyyatları üzrə Vitse-Prezident vəzifəsinə təyin edilib.

Hazırda "P&G" Qafqaz və Orta Asiya Respublikaları üzrə Korporativ Bazar Strategiyası və Planlaşdırma Direktoru olan İrakli Qabriadze "P&G"nin Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor vəzifəsinə təyinat alıb.

Türkiyənin Orta Şərq Texniki Universitetində Biznesin İdarə Edilməsi üzrə bakalavr dərəcəsi alan D.Kurtaslanoğlu karyerasına 2000-ci ildə "P&G Türkiyə"də Regional Menecer kimi başlayıb. Treyd-Marketinq Meneceri, "P&G Türkiyə" Müştərilərlə iş üzrə Qrup Meneceri, "P&G Türkiyə" Milli və Birbaşa Müştəriləri üzrə Direktor, "P&G Türkiyə / Şimali Kipr" Distribüter Əməliyyatları və müştəriləri üzrə direktoru kimi vəzifələrdə çalışıb

Karyerasına 2005-ci ildə "P&G Azərbaycan"da Regional Menecer kimi başlayan İ.Qabriadze Qafqaz Distribüter Əməliyyatları Meneceri, Qafqaz Korporativ Treyd-Marketinq Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Meneceri, Cenevrədə P&G Yaxın Şərq və Afrika Strategiya və Planlaşdırılması Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Direktoru, "P&G Yaponiya" Davamlı İnkişaf Lideri və Braun Direktoru kimi vəzifələrdə çalışıb. İrakli ABŞ-nin FLEX proqramı məzunudur (2001), Qafqaz Biznes Məktəbində beynəlxalq biznes üzrə bakalavr dərəcəsi alıb və 2022-ci ilin iyun ayından "P&G" Qafqaz və Orta Asiya Respublikaları üzrə Biznesin İnkişafı Direktoru vəzifəsində çalışıb.