''Prezident seçkilərini tarixi zərurət sayıram”

''Prezident seçkilərini tarixi zərurət sayıram”

“Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkilərini tarixi zərurət sayıram”.

Bunu secki-2024.az saytına açıqlamasında tanınmış həkim, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev deyib.

N.Abdullayev bu seçkiləri Zəfər seçkisi adlandırıb: “Çünki suverenliyimizi tam bərpa etdiyimiz vaxtda yeni dövrün başlanğıcı məhz prezident seçkiləri olmalı idi”.

Alyans rəhbəri bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra Azərbaycan yeni dövrə qədəm qoyub: "Yeni dövrün məhz elə prezident seçkiləri ilə başlaması labüd idi. Bu, Azərbaycan xalqına yeni bir stimul verəcək. Yeni dövrdə Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Əgər tarixi Zəfərdən əvvəlki dövrdə əsas məqsəd torpaqların işğaldan azad edilməsi idisə, bu gün Azərbaycan bu məqsədinə nail olub. Bununla Azərbaycan eyni zamanda regionda yeni reallıq yaradıb. Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması, yeni reallıqda regionda sülhün və sabitliyin bərqərar edilməsi və möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və s. kimi strateji hədəflər dayanır. Bu baxımdan prezident seçkilərinin keçirilməsi və sonrakı mərhələdə diqqətin əsas strateji hədəflərə yönəldilməsi zəruridir”.