“Qadın həmrəyliyi forumu- Bakı zirvəsi” keçiriləcək

“Qadın həmrəyliyi forumu- Bakı zirvəsi” keçiriləcək

Oktybarın 13-də Bakı Gənclər evində "QADIN HƏMRƏYLİYİ FORUMU - BAKI ZİRVƏSİ" keçiriləcək.

Bu barədə  Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin təsisçi direktoru, ailə uşaq psixoloqu Vüsalə Əmiraslanova məlumat verib.

Onun sözlərinə görə, 4-cü dəfə keçirilən forumda spikerlər panel müzakirə şəklində öz fikirlərini iştirakçılarla bölüşəcəkdir.

Forumda Sahibkarlıqda qadınlar, Təhsildə qadınlar, Mediada qadınlar, Tibbdə və psixologiyada qadınlar və digər mövzularda müzakirələr aparılacaq.

Forumun spikerləri:

Vüsalə Əmiraslanova - Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin təsisçi direktoru, ailə uşaq psixoloqu
Pərvin Kərimzadə - Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Nigar Ələsgərova - Kiçik və Orta Biznes Subyektləri və Klublarının idarə heyətinin sədri
Sevda Əlizadə - Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru
Aytən Hüseynova - İDA təsisçi direktoru
Elnarə Dərziyeva- əməkdar jurnalist
Nailə Mirzəyeva - PR menecer
Günay Kazımova- Blink media şirkətinin təsisçisi
Aysel Arastunqızı - təhsil eksperti , pedaqoq
Leyla Həsənova - USM həkim
Aytac Məmmədova - mentor kouç, sahibkar
Nilufər Qara - Lunchef catering şirkətinin təsisçisi
Nigar Cəbrayılova - Klinik psixoloq

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Forumun media tərəfdaşı BusinessTime.az xəbər portalıdır