“Qarabağ” – “Nyukasl” matçının biletləri satışa çıxır
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" - "Nyukasl" matçı üçün biletlər sabah, gün ərzində satışa çıxarılacaq.
Biletlər yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə oluna bilər.
Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər.

