Qolf üzrə Zəfər Turnirinə yekun vurulub
![Qolf üzrə Zəfər Turnirinə yekun vurulub](https://azertag.az/files/galleryphoto/2023/3/1200x630/1696921093480755442_1200x630.jpg)
Oktyabrın 8-də Xəyal adasında (Dreamland) start götürən qolf üzrə Zəfər Turnirinə yekun vurulub.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirin A kateqoriyasında Rəcəb Tural qızıl, Villiam Blankard gümüş, Elman Rzayev bürünc medal qazanıblar.
B kateqoriyasında isə Regina Bədəlbəyova qızıl, Villi Qarden gümüş, Kallum Stüart isə bürünc medala layiq görülüblər.