Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Naxçıvan Şəhər Vergilər İdarəsinin 2023-cü ilin may ayında istifadəyə verilmiş Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən may-sentyabr ayları ərzində ümumilikdə 8.065 sayda qəbul həyat keçirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, mərkəzdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması və sair məsələlərlə bağlı 11.850 xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3 dəfə çoxdur.

Hesabat dövründə mərkəz tərəfindən 1.547 müraciət üzrə 3.674 “ASAN İmza” sertifikatı verilib. Bu, ötən ilin eyni dövrünə nisbətən müraciət edənlərin sayında 2,8 dəfə, təqdim olunan “ASAN İmza” sayında isə 4,4 dəfə artım deməkdir.