Qroznı-Bakı uçuşları ilə bağlı Bakı aeroportundan AÇIQLAMA
Qroznı-Bakı istiqamətində birbaşa aviareyslərin oktyabrın sonundan etibarən yenidən həyata keçirilməsi nəzərdə tutulmur.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"Hazırda aeroportun qış mövsümü üçün təsdiq olunmuş uçuş cədvəlində Qroznı-Bakı istiqamətində birbaşa reys planlaşdırılmayıb", - açıqlamada qeyd edilib.
Bundan öncə Qroznı Beynəlxalq Aeroportu oktyabrın 27-dən başlayaraq "Utair" aviaşirkətinin Qroznı-Bakı marşrutu üzrə müntəzəm birbaşa uçuşları yenidən icra edəcəyini elan edib.


