Qubada zəlzələ qeydə alınıb

Qubada zəlzələ qeydə alınıb

Quba rayonunda zəlzələ olub.

Bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Xınalıq stansiyasından 12 kilometr qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 43 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.