"Rabitabank"ın ötən il üzrə mənfəət və zərər haqqında hesabatı təsdiq ediləcək
"Rabitabank" səhmdarlarına dividend, müşahidə şurası üzvlərinə isə mükafatlar ödəyəcək.
"Rabitəbank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bununla bağlı bankın Müşahidə Şurası yanvarın 6-da qərar qəbul edib.
Qərara əsasən, yığıncaq fevralın 10-na təyin olunub.
Yığıncağın gündəliyi:
1. Bankın 2024-cü il maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiq.
2. Bankın audit komitəsinin hesabatının təsdiqi.
3. Bankın səhmdarlarına dividendlərin ödənilməsi.
4. Bankın müşahidə şurası üzvlərinə mükafat ödənilməsi.
5. Təşkilati və cari məsələlər.