Ağdamda ki məhəllə üzrə binaların tikintisinə 23,7 mln. manatın sərf olunacağı proqnozlaşdırılıb

Ağdamda ki məhəllə üzrə binaların tikintisinə

İşğaldan azad olunmuş Ağdam rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir.

Rayonun azad olunmuş ərazilərində yenidənqurma və abadlıq işləri aparılır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti şəhərin 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinin satın alınması ilə bağlı tender elan edib.

Tenderə görə, qurum tikinti işlərinin 23.740.446,66 manata başa gələcəyini proqnozlaşdırıb.