“Rabitəbank” kredit riskləri ilə bağlı normativləri pozub
Azərbaycan Mərkəzi Bankı “Rabitəbank”a daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı xəbərdarlıq edib.
BusinessTime bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Qeyd edilib ki, “Rabitəbank” AMB-nin bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı normativini pozub.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən “Rabitə Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Mərkəzi Bank əlavə edib ki,sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.