Dövlət universitetinin rektoru özünə 117 minlik “Lexus” aldı

Gəncə Dövlət Universitetinin (GDU) xidməti nəqliyyat vasitəsinin satınalınması ilə bağlı keçirdiyi müsabiqənin qalibi bəlli olub.

BusinessTime” xəbər verir ki, tenderin qalibi “Lexus Bakı” MMC elan edilib.

Qalibin təqdim edəcəyi hibrid minik nəqliyyat vasitəsinə görə ona 117 300 manat ödəniləcək.

Qeyd edək ki, GDU-nin rektoru Yusif Yusibovdur. 2014-cü ildən bu vəzifənin icrasını həyata keçirir.