“Rabitəbank” tələbləri pozdu - AMB sərəncam verdi

“Rabitəbank” tələbləri pozdu

Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verib.

BusinessTime AMB-yə istinadən xəbər verir ki, bank “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib.

Odur ki, “Banklar haqqında” Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.