Şuşadakı 22 tarixi abidə pasportlaşdırılacaq - SİYAHI
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ Şuşa şəhərində yerləşən tarixi-mədəni irs nümunələrinin pasportlaşdırılması xidməti göstərəcək.
BusinessTime xəbər verir ki, pasportlaşdırma çərçivəsində şəhərdə yerləşən 22 abidə və tarixi obyektin sənədləşdirilməsi nəzərdə tutulur.
Siyahıya Aşağı Gövhər ağa məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Z. Hacıbəyovun evi, Saatlı məscidi, Sadıqcanın evi, Bülbülcanın evi, Şirin su hamamı, Aşağı məscid mədrəsəsi, Bülbülün evi, Çöl Qala məscidi, Mamayı məscidi və M. P. Vaqifin türbəsi daxildir.
Bundan başqa, Təzə məhəllə bulağı, Mamayı məscidi bulağı, Çöl Qala məscidi bulağı, İsa bulağı, Məşədi Şəhriyarın evi, Məşədi Əlinin evi və Yasəmən otelində yerləşən yaşayış evi də pasportlaşdırılacaq.


