“Rabitəbank”da növbədənkənar yığıncaq keçiriləcək

“Rabitəbank”da növbədənkənar yığıncaq keçiriləcək

“Rabitəbank” ASC Müşahidə Şurasının 24 iyul 2024-cü il tarixli, 62 nömrəli qərarına əsasən, 2024-cü il avqust ayının 30-u, saat 17.00-da Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti Müşahidə Şurasına həvalə edilmiş idarəetmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkibinin yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”nın tələblərinə uyğun təsdiqi.

2. Təşkilati və cari məsələlər.

Yığıncağın keçiriləcəyi ünvan– Bakı şəhəri, 28 May küçəsi 33.