Respublika Klinik Xəstəxanasında qazi anası uğurla əməliyyat edilib

Respublika Klinik Xəstəxanasında qazi anası uğurla əməliyyat edilib

Qazi anası, Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü Nəbiyeva Raya Ağasən qızı TƏBİB-in tabeliyində olan M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına uzun müddətdir ki, əziyyət çəkdiyi sol əlində gücsüzlük, tez yorulma, ağrı və uyuşmanın olması, hətta bu ağrının qollara yayılması şikayətilə müraciət edib.
Raya Nəbiyeva xəstəxananın Travmatologiya şöbəsinin uzman həkimi Elşən Nəcəfov tərəfindən müayinə edilib, xəstəyə kartal tunel sindromu diaqnozu qoyulub.
Xəstəyə orta sinirin cərrahi yolla sərbəstləşdirilməsi əməliyyatı olunub. Qazi anası ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Travmatologiya şöbəsinin uzman həkimi Elşən Nəcəfova minnətdarlığını bildirib.
Qeyd edək ki, Nəbiyeva Raya II Qarabağ müharibəsi qazisi Ərəstunzadə Asim Mahir oğlunun anasıdır. Asim Ərəstunzadə 1997-cü ildə Ağsu rayonunda anadan olub. Azərbaycanın Tərtər rayonun Çaylı kəndinin və Suqovuşan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Ərəstunzadə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.