Rövşən Mahmudova BÖYÜK ETİMAD!

Rövşən Mahmudova

Azərbaycanın aqrar-sənaye sektorunda mühüm rəhbər təyinatı baş tutub.

Öllkənin kənd təsərrüfatı sahəsində innovativ layihələri və genişmiqyaslı investisiyaları ilə tanınan “Grand Agro” şirkətinin Baş İcraçı Direktoru (CEO) vəzifəsinə uzunillik idarəetmə təcrübəsinə malik Rövşən Mahmudov təyin olunub.

Yeni təyinata qədər rəhbərlik etdiyi “Prime Cotton” MMC-də Rövşən Mahmudov həm beynəlxalq bazarlara uğurlu çıxışın təmin olunması, həm də rekord istehsal göstəricilərinin əldə olunması ilə tanınmışdır.

Onun rəhbərliyi altında şirkət yeni ixrac bazarlarına çıxmış, beynəlxalq sertifikatlar əldə etmiş və 2025-ci il mövsümündə 152671 ton xam pambıq tədarük etməklə tarixinin ən yüksək məhsuldarlıq nəticəsinə nail olmuşdur.

“Grand Agro” haqqında

“Grand Agro” Azərbaycanda müasir bağçılıq, intensiv kənd təsərrüfatı və aqrar layihələrin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət qabaqcıl texnologiyalar, müasir infrastruktur və innovativ yanaşmalar vasitəsilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir.