Sabah Bakının bir hissəsində və Balakındə qaz olmayacaq

Sabah Bakının bir hissəsində və Balakındə qaz olmayacaq

Martın 6-sı saat 09:00-dan “Katex” QPS-in daxilində aşkar olunmuş qaz sızmasının ləğvi, saat 10:00-dan “Buzovna” QPS-dən qidalanan “Broylerətrafı (Quşçuluq)” yaşayış massivinə gedən qaz kəmərinin birləşmə nöqtəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə BusinessTime "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, təmir işləri aparılan zaman Balakən rayonu üzrə Katex və Baretbinə kəndlərinin, paytaxtın Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.