“Şahdağ” Turizm Mərkəzində təhlükəli anlar - VİDEO
“Şahdağ” Turizm Mərkəzinin attraksionlarının birində problem yaranıb.
“BusinessTime” xəbər verir ki, “Shahdag Coaster” adlanan sürətli sürüş attraksionunun fəaliyyəti dayanıb və nəticədə bu xidmətdən istifadə edən şəxslər köməksiz halda relslərin üzərində qalıb.
Turizm Mərkəzində istirahət edən müştərilərdən biri bu barədə görüntüləri sosial şəbəkələrdə paylaşıb. Paylaşımda da bildirilib ki, nasazlıqla bağlı insanlara məlumat verilmir.
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" QSC Dövlət Turizm Agentliyinə məxsusdur.
Həmin görüntüləri təqdim edirik:
