“Samsung” zehni oxuyan cihaz buraxacaq

“Samsung” zehni oxuyan cihaz buraxacaq

Cənubi Koreyanın “Samsung” korporasiyası zehni oxuya bilən və geyilə bilən cihaz hazırlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"Ear-EEG" cihazı adi simsiz qulaqlığa bənzəyir. Bu cihaz Cənubi Koreyanın Hanyang Universitetinin alimləri ilə birgə hazırlanıb. O, beyin fəaliyyəti məlumatlarını toplamaq və təhlil etmək üçün nəzərdə tutulub və laboratoriyadan kənarda istifadə edilə bilər. 

Cihaz süni intellektlə işləyir. "Samsung"un cihazın tam funksional versiyasını nə vaxt buraxacağı hələ məlum deyil.